Bakıda qadın sürücü qəza edib.

"Unikal" xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, qəza "Neftçilər" metrosu yaxınlığında baş verib.

Bildirilir ki, sürücü əyləc əvəzinə qaza basıb və nəticədə avtomobil yolun kənarındakı obyektə çırpılıb.

Hadisə zamanı avtomobilə və obyektə ciddi ziyan dəyib.