İsrail-Fələstin münaqişəsi davam edərkən, yəhudi kanallarında Türkiyə əleyhinə edilən paylaşımlar diqqət çəkib. 

"Unikal" xəbər verir ki, İsrail telekanallarında Türkiyəni hədəf alan paylaşımda kin və nifrət dolu ifadələr işlədilib.

Belə ki, "Növbəti zəlzələni gözləyirik" ifadəsi ilə paylaşılan fotoda onlarla insan və türk bayraqları yer alıb.  Bildirilir ki, "Əsrin fəlakəti"ni gündəmə gətirən fotoda Kahramanmaraş mərkəzli zəlzələyə diqqət çəkilib. 

11 əyaləti əhatə edən və 50 mindən çox vətəndaşın ölümünə səbəb olan zəlzələlərlə bağlı təkəbbürlü paylaşım sosial mediada reaksiyaya səbəb olub.

Gülayə Mecid