Birləşmiş Ştatlar oktyabrın 7-də Qəzza zolağında terrorçular tərəfindən girov götürülən amerikalıların axtarışı üçün pilotsuz təyyarələrdən istifadə edir.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Amerika rəsmilərinə istinadən məlumat yayıb. 

Söhbət girovların tapılmasına kömək edə biləcək kəşfiyyat məlumatlarının toplanmasından gedir. Adının açıqlanmasını istəməyən rəsmilərdən biri bildirib ki, bir həftədən çoxdur ki, pilotsuz təyyarələrlə uçuşlar həyata keçirilir.

"İtkin düşmüş 10 amerikalı Qəzza zolağında girov götürülən və terrorçular tərəfindən saxlanılan 200-dən çox insan arasında ola bilər. Çox güman ki, girovlar HƏMAS-ın tunel şəbəkəsindən istifadə edərək yerin altında gizlənirlər", -  ABŞ rəsmiləri hesab edir.

 Gülayə Mecid