Pakistan hökuməti müharibəyə görə Əfqanıstandan qaçan insanları zorla ölkədən çıxarmağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Onların əksəriyyəti Pakistan və Əfqanıstan İslam Əmirliyi (Əfqanıstanın 2021-ci ildən yeni rəsmi adı) arasındakı əsas şimal-qərb sərhəd keçidini keçməyə çalışırlar.
Pakistan Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, hökumətin fərmanından sonra ən azı 140 mindən çox əfqan Hayber-Paxtunxva və Bəlucistan kimi əyalətlər vasitəsilə ölkəni tərk edib.
Ağarza Elçinoğlu