"Gələn ilin dövlət büdcəsində uşaq bağçalarının ərzaq təminatı üçün vəsaitin azaldığı qeyd olunub. Bəlkə də məsələ başqadır, amma bu məsələyə aydınlıq gətirmək lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z.Oruc qeyd edib ki, bu gün ölkədə 1825 uşaq bağçası var: "Bu da o deməkdir ki, ölkədə hər 4 uşaqdan birinin bağça ilə təminatı var. Ərzaq təminatı ilə bağlı vəsaitin azaldılması məsələsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ona görə də bağçalara verilən ərzaq təminatı məsələsinə diqqət göstərilsə yaxşı olar”.
Anar Kəlbiyev