Xankəndidə Hüquq Universitetinin açılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.
O qeyd edib ki, Xankəndidə Hüquq Universitetinin açılmasına ehtiyac var: "Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsun".
Deputat Hikmət Babaoğlu isə bildirib ki, yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasları tədris edə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı.
Anar Kəlbiyev