Maliyyə naziri Samir Şərifov bağçalarda ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılması ilə bağlı məsələyə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, Milli Məclisdə büdcə müzakirəsi zamanı nazir bu vəsaitin azalmasını təsdiqləyib.
"Doğurdan da azalma var. Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”, - deyə nazir bildirib.
Anar Kəlbiyev