İranın ali lideri Ayətullah Əli Xamenei ivrit dilində paylaşım edib. 

"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Sionist Təşkilatı sizə yalan danışır. Sionist təşkilat indi aciz və çaşqın vəziyyətdədir və Amerikanın dəstəyi olmadan bir neçə gün ərzində iflic vəziyyətinə düşəcək", - deyə qeyd olunub. 

Qeyd edək ki, ivrit dili İsrail Dövlətinin dövlət dilidir. 

Ağarza Elçinoğlu