"Gələcəkdə Təhsil Tələbə Kredit Fondu yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, həm də təhsillə bağlı digər xərclərin də ödənilməsini də nəzərdən keçirməlidir. Çünki həmin fondda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, rəqabətli istehsal sahələrinin inkişaf etdirilməsi üçün vəsait strukturuna yenidən baxılmalıdır: “Nəticəyönümlü elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün tədbirlər planı hazırlanmalıdır”.
O qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin heç 30 %-ni psixoloqla təmin etmək mümkün olmalıyıb:
"Ölkədə təxminən 5000-nə yaxın ümumtəhsil müəssisəsində heç o qədər psixoloq kadrları yoxdur: “Digər tərəfindən ayrı-ayrı sahələrdə fəaliyyət göstərən psixoloq kadrlara ixtisas üzrə hazırlıq lazımdır. Beləliklə məktəblərimizə ilk növbədə məktəb psixoloqları hazırlığı həyata keçirilməlidir. Gələn ilin dövlət büdcəsində kadr hazırlığı məsələsinə baxılmalı və yeni təhsil proqramları üzrə kadr hazırlığına başlanılmalıdır”.
Anar Kəlbiyev