"Hamı imtiyaz istəyir, təltif istəyir, amma Azərbaycan üçün vacib olan bu ölkənin imicini, adını və dəyərini qaldırmaqdır. Ona görə də yaradıcı istiqamətə vəsaitin ayrılması olduqca vacibdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa deyib.
"Tarixi abidələrin qorunması vacibdir, amma ən başlıcası yaradıcı insanın qorunmasıdır", -deyə deputat bildirib.
F.Mustafa həmçinin, İstedadların Himayə Fondunun yaradılmasını təklif edib: "Necə etməliyik ki, bu mühiti canlandıraq? Azərbaycanda yazıçı, şair, tərcüməçi və s. kimi istedadlı insanların himayəsi fondu mütləq olmalıdır. İstedadlı şəxslər kənarda qalmamalıdır. Hər hansı komissiya, yaxud qrup tərəfindən onların müəyyən olunması olduqca vacibdir. Həmçinin, mühitin yaranması üçün əlçatanlıq önəmlidir”.
Anar Kəlbiyev