Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 

"Unikal" xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.