"Azərbaycanda onkoloji xəstəliklər üzrə dövlət büdcəsindən ayrılan vəsait beynəlxalq rəqəmlərlə müqayisədə 10 dəfə azdır. Ehtiyac olan məbləğ 500 milyon manatın üzərində olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib. O bildirib ki, onkoloji xəstəlik üçün ayrılan vəsait bugünkündən ən azı iki dəfə çox olmalıdır.
O qeyd edib ki, ölkəmizin üçün beynəlxalq səviyyədə imicimizə mənfi təsir göstərən hadisə var və çox gözə batır: "Bu, nadir görünən xəstəliklərlə mübarizədir. Hanısı ki, bu genetik xəstəliklərindən hər bir ölkədə 10 milyonun içərisində 40-50 nəfər olur. Təəssüflər olsun ki, bunlar əvvəl dövlət proqramına salınmayıb. 3-5 xəstəlik var ki, öz həllini gözləyir", - deyə deputat bildirib.
R.Mahmudov eyni zamanda əhalidən tutulan icbari tibbi sığorta haqqının məbləğinin 1 faiz artırılmasını təklif edib.
Anar Kəlbiyev