"Bu gün məktəblərdə psixoloq ştatının az olması onların aldığı əməkhaqqının az olması ilə əlaqəlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, təxminən 5 il əvvəl məktəblərdə müəllim və psixoloqların əməkhaqqı demək olar eyni səviyyədə idi: “Ona görə də psixoloq olmaq istəyənlər həvəslə məktəbdə işləmək istəyirdi. Sonra müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahanlar təşkil edildi və onların əməkhaqqı artırıldı. Bu gün müəllimin orta aylıq əməkhaqqı 800 manatdan yüksək olduğu halda, psixoloqların maaşı 450 manatın üzərindədir. Bu qədər fərq aradan qaldırılmalıdır".
Anar Kəlbiyev