"Aliment Fondunun yaradılmasının əleyhinəyəm. Biz müsəlman dövlətiyik və bizdə ali dəyərlər çox yüksəkdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Aqiyə Naxçıvanlı deyib.
"Bir ata öz doğma uşağına pul vermirsə, dövlətə pul verəcək? Əgər onun övladı varsa, atanı məcbur etmək lazımdır ki, öz uşağının pulunu versin. Nə üçün dövlət onun yerinə pul verməlidir?", -deyə deputat bildirib.
A.Naxçıvanlı bildirib ki, uşaqlara verilən sosial müavinət bərpa edilə bilər: "Yaxud uşaqlarla bağlı xeyli müavinət formaları var. Onların artırılması nəzərə alınsın. Uşaqların anadan olmasına görə müavinət elə yüksək məbləğdə verilsin ki, o, uşağın müəyyən yaş həddinə çatana qədər zəruri ehtiyaclarını ödəyə bilsin".
Anar Kəlbiyev