Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır: “Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəsisələrdə çalışanların da əməkhaqqının artırılmasına baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. Universitetlərə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsil haqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”.
Anar Kəlbiyev