Rusiyalı mütəxəssis Roman Olxovskiy Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan İdman menecmenti ixtisası üzrə təhsil alan magistrantlara “İdman iqtisadiyyatı” fənnini tədris etmək üçün Bakıya gəlib.

"Unikal" xəbər verir ki,  Roman Olxovskiy Sankt-Peterburq Politexnik Universitetinin Bədən Tərbiyəsi, İdman və Turizm İnstitutunun dosenti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və İdarəetmə İnstitutunun müəllimi, sosiologiya üzrə elmlər namizədidir.