"Ötən dövr ərzində bizim aidiyyəti qurumlarla birgə həyata keçirdiyimiz həm inzibati, həm də stimullaşdırıcı tədbirlər imkan verdi ki, son 5 il ərzində əməkhaqqı fondu 2.7 dəfə, median əməkhaqqı isə 2.5 dəfə artsın".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu daimi bir proses olacaq: "Bu gün də Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır. Əgər arzu ediriksə ki, bu kimi parametrlərimiz müsbət rəqəmə çatsın, onda Azərbaycanda əməkhaqqı fondu ÜDM-in ən az 28-30 faizinə çatmalıdır. Onda pensiya və sosial sığorta sistemi daha sürətli rəqəmlərlə artacaq”.

Anar Kəlbiyev