"Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı. Nəzərə almaq da lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir: "Mənə bu məsələ ilə bağlı vətəndaş müraciətləri olur. Ən yaxşı halda təcili yardım çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Bəzən bu müddət bir saatdan da çox olur. Hökumətdən xahiş edirik ki, heç olmasa təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”.
Anar Kəlbiyev