Uruqvayda narkotacir Sebastyan Marsetuya yeni pasport verilməsi qalmaqal yaradıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, xarici işlər naziri Fransisko Bustilodan sonra daxili işlər naziri Luis Eber və nazir müavini Qilermo Masel də istefa verib.

Uruqvay Prezidenti Luis Lakalye Pou istefaları qəbul etdiyini bildirib. Prezident deyib ki, cinayətkar fəaliyyətinə baxmayaraq Sebastyan Marsetuya pasport verilib. O, cinayət işi açılacağı təqdirdə istefa verən məmurların məhkəmədə şərəf və ləyaqətlərini qoruyacaqlarına inandığını vurğulayıb.