İsrail hərbçiləri oktyabrın 7-dən saxlanılan HƏMAS yaraqlılarının sayını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, müharibə başlayandan indiyədək axtarışda olan 1350-dən çox şəxs həbs edilib, onlardan 850-dən çoxu HƏMAS terror təşkilatı ilə əlaqəlidir.