Gürcüstanın paytaxtı Tbilisidə müsəlman dünyasının ilk deputat qadını Pərixanım Sofiyevanın adına küçə verilib.
"Unikal" xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat verib.
Bayramovanın sözlərinə görə, mart ayında paytaxt Tbilisinin küçələrindən birinə Pərixanım Sofiyevanın adının verilməsi ilə bağlı Tbilisi Şəhər Şurasına müraciət ünvanlanıb. Şəhər Şurası təşəbbüsə müsbət cavab verib və paytaxtın Krtsanisi rayonunda, adsız küçələrdən birinə ictimai xadim Pərixanın Sofiyevanın adını verib.
Qeyd edək ki, Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanı seçkilərində namizəd olaraq iştirak edib və bələdiyyə məclisinə üzv seçilib. O, demokratik seçkilərlə bələdiyyə məclisinə seçilən ilk müsəlman qadın hesab edilir.