Gəncədə iki yük maşını toqquşub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan "Kamaz" markalı avtomobilə digər yük maşını arxadan çırpılıb.

Nəticədə sürücülərdən biri xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov