Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb. 

"Unikal" xəbər verir ki, görüş Ankarada keçirilir. 

Hazırda nazirlər ikitərəfli görüş keçirir. 

***09:20

ABŞ dövlət katibi Antoni Blinken İraq səfərindən sonra Türkiyəyə gedib. 

"Unikal" xəbər verir ki, Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.

Blinken və onu müşayiət edən heyət gecə saatlarında Ankarada Esenboğa hava limanına enib.

Ağarza Elçinoğlu