Rusiyanın paytaxtı Moskvada restoranlardan birində silahlı insident baş verib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, sərxoş şəxsin açdığı atəş nəticəsində 4 nəfər yaralanıb. 

Hadisəyə səbəb isə iki sərxoş kişinin bir-biri ilə sağollaşa bilməməsi olub. Mühafizəçinin müdaxiləsindən sonra büdrəyərək yerə yıxılan sərxoş qonaq qəfildən atəş açmağa başlayıb. 

Sözügedən şəxs Rusiya Milli Qvardiyasının nümayəndələri ilə birlikdə aparılan əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ağarza Elçinoğlu