Noyabrın 7-də saat 13:20-də Şirvan şəhər 20 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi İbişova Aysu Cavid qızı təhsil müəssisəsinin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

"Unikal" haqqin.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat təhsil müəssisəsinin direktoruna saat 15:30-da daxil olub. Yıxılma nəticəsində Aysuya hər iki daban sümüyünün sınığı diaqnozu qoyulub.

İddia edilir ki, Şirvan təhsil dairəsi hadisənin rezonansını azaltmağa çalışır. Belə zədələri olan xəstənin kəllədaxili qanaxma riski səbəbindən daimi həkim nəzarəti tələb etməsinə baxmayaraq, Aysu xəstəxanada saxlanılmayıb və evə göndərilib.