Mingəçevirdə 41 yaşlı qadını maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə Aydın Məmmədov və 20 Yanvar küçələrinin kəsişməsində baş verib. "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1982-ci il təvəllüdlü piyada Elnurə Səfərovanı vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ayaq nayihəsi sınan yaralı piyada ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat olunmaq üçün Gəncə klinikalarından birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov