İtaliya Qəzza zolağının sahillərinə üzən xəstəxana göndərəcək.
"Unikal"
xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto Romada keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün xəstəxana ilə təchiz edilmiş “Vulkan” gəmisi yola düşəcək, biz onu müharibədən zərər çəkmiş bölgələrə göndərmək istəyirik”, o qeyd edib.

Nazirin sözlərinə görə, gəminin göyərtəsində tibbi ləvazimatlar, əməliyyat otaqları və diaqnostika avadanlıqları var. Krosetto əlavə edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi səhra xəstəxanasının yerləşdirilməsi üzərində işləyir.

Bundan əvvəl İtaliya Qəzza zolağının əhalisi üçün humanitar yardım üçün Misirə iki hərbi nəqliyyat təyyarəsi göndərib.