UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.
"Unikal" xəbər verir ki, A, B, C və D qruplarında keçirilən oyunlardan sonra 1/8 finalın daha dörd iştirakçısı bəlli olub.
“Bavariya” Almaniyada Türkiyə “Qalatasaray”ına, İspaniya təmsilçiləri "Real Madrid" və "Real Sosyedad" evdə Portuqaliyanın, müvafiq olaraq, "Braqa" və "Benfika" klublarına, İtaliya "İnter"i isə Avstriyada "Zaltsburq"a qalib gələrək, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Siti” və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala adlayıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
A qrupu
00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 2:1
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) - 4:3
Xal durumu: “Bavariya” – 12, "Kopenhagen" - 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.
B qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:0
00:00. PSV (Niderland) – “Lans” (Fransa) - 1:0
Xal durumu: “Arsenal” – 9, PSV - 5, “Lans” – 5, “Sevilya” – 2.
C qrupu
21:45. “Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) - 1:1
00:00. “Real Madrid” (İspaniya) – “Braqa” (Portuqaliya) - 3:0
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.
D qrupu
21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) - 3:1
00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya) - 0:1
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zalstburq” – 3, “Benfika” – 0.