Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Samux rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

*** 17:10

Noyabrın 9-də saat 16:20 radələrində Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-keşilmiş xəsarətlərdən ölməsi barədə polis polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.