“Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlir”.
“Unikal” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.
O, Qərbin ikili standartlarını tənqid edib. R. T. Ərdoğan söyləyib ki, İslam dünyası hazırkı situasiyada həmrəylik göstərir.
Türkiyə lideri bu həmrəyliyə görə, İƏT-ə üzv ölkələrə təşəkkür edib.