Xəbər verdiyimiz kimi, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi paytaxt Tbilisinin iki məntəqəsində xüsusi əməliyyat keçirib. Nəticədə Gürcüstanın dövlət sərhədi boyunca miqrantların qanunsuz keçirilməsi bu ölkədə qalması üçün lazımi şəraitin yaradılması ilə məşğul olan iki xarici ölkə vətəndaşı saxlanılıb.
"Unikal"ın gürcü mediasına istinadən məlumatına görə, saxlanılanlardan biri İŞİD üzvü olan Azərbaycan vətəndaşıdır. Bildirilir ki, yaxın saatlarda Tbilisi Şəhər Məhkəməsində məhbusların məhkəməsi keçirilib.
İstintaq davam etdiyinə görə iclas bağlı qapılar arxasında olub. Onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçib.