Noyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nail Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.