Belçikada öldürülən Britaniya vətəndaşı Rita Robertsin kimliyi 31 ildən sonra ailəsi tərəfindən müəyyən edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İnterpol xətti ilə axtarışda olan qadının şəxsiyyətini döyməsi sayəsində müəyyən etmək mümkün olub.

Belçika rəsmiləri şəxsiyyətin müəyyənləşdirilməsi tamamlandıqdan sonra qətlin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.

Rita Roberts 1992-ci ilin fevral ayında İngiltərədən Belçikanın Antverpen şəhərinə gedib. O, sonuncu dəfə ailəsi ilə açıqca göndərərək əlaqə saxlayıb. Onun cansız bədəni çayda tapılıb.