Qəzza zolağında fəaliyyət göstərən bütün xəstəxanalar yanacaq tədarükü alınmasa, iki gün ərzində bağlana bilər.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Fələstinin Səhiyyə Naziri May əl-Keyla bildirib.

“Əgər 48 saat ərzində yanacaq çatdırılmasa, Qəzza zolağındakı bütün xəstəxanalar fəaliyyətini dayandıracaq. Hazırda 25 xəstəxana yanacaq çatışmazlığı və ya atəşə məruz qaldığı üçün öz xidmətlərini göstərməyi dayandırıb, cəmi 10 xəstəxana qalıb”, - deyə əl-Keyla qeyd edib. 

Hazırda Əl-Şifa tibb kompleksi İsrail hərbçiləri tərəfindən mühasirəyə alınıb. Tibb müəssisəsinin rəhbərliyi təxliyə ilə bağlı qərar qəbul etməyə hazırlaşır.

Nuranə Abbasova