Bakıda reper kimi tanınan 28 yaşlı İbrahim Nəzərli itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə itkin düşən İbrahim Nəzərlinin yaxınları məlumat verib.

Bildirilib ki, o, noyabrın 9-u, saat 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ-qara idman ayaqqabısı, ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.

O, sonuncu dəfə paytaxtın “Kubinka” adlanan ərazisində yerləşən restoranlardan birindən çıxarkən görülüb.

İbrahimi görən və ya ona bənzədən şəxslərdən +994 50 644 33 15 nömrəsi ilə əlaqə saxlamaları və ya polisə məlumat vermələri xahiş olunur.