İsrailin xarici işlər naziri Eli Koen Qəzzada dərhal atəşkəsə çağıran BMT-nin baş katibi Antonio Quterreşi tənqid edib.
"Unikal" xəbər verir ki, bu barədə o, Cenevrədə çıxış edən zaman danışıb.Nazir deyib ki, Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil.
"Quterreş regionda heç bir sülh prosesini təşviq etmir", - İsrailin xarici işlər naziri bildirib.
O, BMT baş katibinin İrana çox yaxın olduğunu vurğulayıb.