İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS və onun yeraltı infrastrukturuna qarşı əməliyyat çərçivəsində Qəzza zolağında "Əl-Şifa" xəstəxanasının ərazisinə basqın edib. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti yazıb.

Qeyd olunur ki, hücumdan əvvəl IDF tibb müəssisəsinin rəhbərliyi ilə əməkdaşlıq edərək xəstəxana işçilərinin və xəstələrin genişmiqyaslı təxliyəsinə şərait yaradıb. Bundan sonra xəstəxana ələ keçirilib. 

***08:47

İsrail hərbçiləri Qəzza zolağında "Əl-Şifa" xəstəxanasını mühasirəyə alıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin tankları tibb müəssisəsinin ərazisinə daxil olub.

İsrail kəşfiyyatının məlumatına görə, HƏMAS-ın əsas komanda qərargahı bu xəstəxananın ərazisində yerləşir.