Estoniyanın baş naziri Kaja Kallas NATO-nun baş katibi postunu tutmağa hazır olduğunu bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Siyasi Müdafiə Sammitində bildirib.

Sammit zamanı tamaşaçılar Kallasa müraciət ediblər. Estoniyanın baş nazirindən NATO-nun növbəti baş katibi vəzifəsinə namizəd olmaq istəyib-istəmədiyi soruşulub. Kaja Kallas bu suala müsbət cavab verib.

Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2024-cü ilin oktyabrına qədər vəzifəsində qalacağını bildirmişdi. Çinin “Global Times” qəzetinin ekspertlərinin fikrincə, onun səlahiyyətlərinin uzadılması birbaşa onun anti-Rusiya siyasəti ilə bağlıdır.