"Apple" səhvən alıcıya  96 000 dollar dəyərində 60 qutu iPhone 15 Pro Max göndərib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki,  hadisə ABŞ-də  qeydə alınıb. 

Belə ki, gənc oğlan şirkətdən 3600 dollar dəyərində cəmi 4 smartfon sifariş edib. Paketi aldıqdan sonra o, içərisində 1 TB yaddaşa malik 60 cihaz tapıb. Amerika qanunlarına uyğun olaraq, müştərinin satıcının səhvinə görə aldığı malları saxlamaq hüququ var. Bununla belə, "Apple" "əlavə" smartfonları geri qaytarmaq və özləri üçün sifariş edilmiş dörd telefonu pulsuz saxlamaq tələbi ilə oğlana müraciət edib. 

Bu vəziyyət nəticəsində oğlan sifariş etdiyi dörd ədəd pulsuz 1 TB iPhone 15 Pro Max əldə edib.  Digər 56 smartfonu isə ən yaxın "Apple Store" mağazasına apararaq təhvil verib. 

Gülayə Mecid