Abşeronda gözəllik salonunda oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20 000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb.
Oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.