İranda Zahidan şəhərinin keçmiş cümə imamı Ayətullah Abbas Əli Süleymanini öldürən şəxs haqqında edam hökmü çıxarılıb. 

"Unikal" xəbər verir ki, bu barədə işə Mazandaran Baş Məhkəməsində baxılıb. 

Məhkəmə iyun ayında qətli törədən şəxs qismində mühakimə olunan müttəhim haqqında ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxsin vəkillərinin qərara etirazı ilə iş apellyasiya şikayəti ilə Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə qərarı nəzərdən keçirərək ölüm cəzasını təsdiqləyib.

Ağarza Elçinoğlu