İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın Ramallahdakı qolunun liderlərindən biri Hüseyn Əbu Queyqi saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Quds” portalı məlumat yayıb. 

Nəşrin mənbələrinə görə, Queyqi İordan çayının qərb sahilindəki Əl-Bira şəhərində reyd zamanı saxlanılıb. Bununla belə, İsrail ordusunun özü hələ də HƏMAS liderinin həbsini rəsmən açıqlamayıb.

Bundan əvvəl IDF ölkənin Hərbi Kəşfiyyat İdarəsinin köməyi ilə oktyabrın 7-də İsrail ərazisinə hücumu təşkil edən radikal Fələstin HƏMAS hərəkatının bir neçə komandirini məhv edib.

Gülayə Mecid