“Hazırda parlamentin fəaliyyəti yeni keyfiyyət mərhələsinə daxil olub, parlament diplomatiyası daha çox önə çıxır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Milli Məclisdə önümüzdə olan kompüterlərin daha funksional kompüterlərlə əvəzlənməsi üçün vəsait nəzərdə tutulsa, yaxşı olar: “Parlament diplomatiyası ilə Azərbaycan xalqının milli maraqlarının qorunması üçün çoxsaylı tədbirlər keçirilir. Yeni keyfiyyət statusunda Milli Məclisin aparatının xərclərinin artırılnasına ehtiyac var. Bizim istifadə etydiyimiz texniki avadanlıqların yenilənməsi məsələsi bunlardan biridir. Milli Məclis əlavə maliyyə xərclərindən yayınmaq üçün vəsaitləri istifadə etmirik. Amma çox təəssüf ki, təklif olunan layihələri açmaq üçün mən bir neçə dəfə önümüzdə olan kompüterlərin düymələrini sıxıram. Maliyyə Nazirliyi büdcəsi hesabına Milli Məclisin kompüterlərinin daha funksional, daha işlək kompüterlərlə əvəzlənməsi ilə bağlı məsələlər də layihə sənədində öz əksini tapsın”.
Anar Kəlbiyev