Milli Məclisin deputatı Musa Qasımlı Kahramanmaraş vilayətində Azərbaycanın tikəcəyi əraziyə ölkəmizlə əlaqəli adın qoyulmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu təkliflə deputat Musa Qasımlı parlamentdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib.
“Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün təkbaşın öz maliyyəsi hesabına ərazilərini dirçəldir. Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, o şəhərin adının qoyulması qardaş ölkənin daxili işidir. Lakin hesab edirəm ki, yeni tikilən şəhərin Azərbaycanla bağlı hər hansı formada adının olması gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”, - M.Qasımlı qeyd edib.
Anar Kəlbiyev