"KTMT elə təşkilatdır ki, onun yaradılması da Ermənistan tərəfindən qoyulub. Aydındır ki, münasibətlərdə problemlər var".

"Unikal" xəbər verir ki, bu barədə "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib. 

O, qeyd edib ki, kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyətdə olduğu və təhdidlərin dərinləşdiyi bir vaxtda KTMT tədbirlərinə getməmək regionu və Ermənistanın təhlükəsizliyini riskə atmaq deməkdir: "Siz gedib Ermənistanın qoşulduğu bütün strukturlarda iştirak etməlisiniz. Əgər alyans üzvləri və ya qonşularla problemlər varsa, o zaman bu məsələlər məhz tədbirlərin keçirildiyi platformalarda qaldırılmalıdır. 

Heç bir KTMT ölkəsi gəlib sərhədlərimizi möhkəmləndirməyəcək, yüksəkliklərimizdə, strateji nöqtələrdə səngər qazmağa gəlməyəcək".

Ağarza Elçinoğlu