İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ən azı 42 jurnalist həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb. 

Qurum bildirir ki, müharibə zonasında fəaliyyət göstərən bəzi  jurnalistlərin itkin düşüb və ya yaralanıb. 

 37 fələstinli jurnalistin əksəriyyəti İsrailin bombardmanı zamanı həlak olub. HƏMAS-ın hücumlarında 4 israilli jurnalist, hücumda bir livanlı jurnalist də həlak olub. Livan hökuməti İsrailin raket zərbəsini günahlandırıb. Öldürülən jurnalistlərin çoxu fotojurnalist və ya videoqraf kimi çalışaraq yerdə baş verən böhranı sənədləşdirməyə çalışırdılar.