Fransa məhkəməsi 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib.

"Unikal" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd olunur ki, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya lideri ilə yanaşı, onun qardaşı, Suriya Respublika Qvardiyasının komandiri olan Maher Əsəd və agentliyin adlarını açıqlamadığı daha iki generala qarşı ittiham irəli sürülüb.

Onların dördü də insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub. Dəməşq hələlik Əsədin həbsinə dair orderi şərh etməyib.

Gülayə Mecid