Çexiyanın Karlov Universitetinin Bədən Tərbiyəsi və İdman Fakültəsinin dekanı doc. PhDr. Miroslav Petr ilə ASAPES rektoru Fuad Hacıyev arasında Fizioterapiya ixtisası üzrə birgə bakalavr və magistr proqramlarının hazırlanması haqda əməkdaşlıq müaviləsi imzalanıb.

"Unikal" xəbər verir ki, müqaviləyə əsasən, qeyd olunan sahədə tədris proqramları uyğunlaşdırılacaq və çexiyalı professorlar tədris prosesinə cəlb olunacaq. Müqavilədə həmçinin akademik və tələbə heyətinin mübadiləsi və təcrübə proqramının təşkili də nəzərdə tutulub. 

Qeyd edək ki, ASAPES nümayəndə heyəti 13-16 noyabr tarixlərində Praqaya səfər çərçivəsində Bədən Tərbiyəsi və İdman fakültəsinin Fizioterapiya ixtisasının koordinatoru Tereza Novakova, Məşqçilik ixtisasının professorları Peter Stastny  və Jakub Kokstejn, dekan müavini Aleş Vilk, Gsport  Proqramının koordinatoru Zdenek Ledvina ilə görüşlər keçirib, fizioterapiya ilə yanaşı məşqçilik və ümumi fiziki hazırlıq üzrə proqramların təkmilləşidirilməsini, birgə elmi tədqiqatların aparılmasını və müəllim mübadiləsinin həyata keçirilməsini də müzakirə ediblər.