Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu müalicədə olarkən xəstəlikdən vəfat edib.

"Unikal" xəbər verir ki, sərhədçi Cəlilabad rayonunda dəfn olunub. 

Xatırladaq ki, Mirhüseyn Salmanlı qızdırma səbəbilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.