Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Kütləvi-Sağlamlıq İdman növləri” kafedrasının Atıcılıq idman növü üzrə Akademiyanın əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş “Sərrast atıcı” turnirinin təltif olunma mərasimi keçirilib.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, Akademiyanın müxtəlif şöbə və bölmələrindən professor-müəllim heyəti və inzibati heyət üzvlərinin iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsini ehtiramla anmaq, qazilərimizə və onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək məqsədilə təşkil olunub.